Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma Papası Pompeo ilə görüşüb

Roma Papası Fransisk, Avropa turu çərçivəsində Apenninlərdə olan ABŞ Dövlət Katibi Mayk Pompeonu cümə axşamı Vatikan Apostol Sarayında qəbul etdi.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Yaxın Şərqdə xristian icmalarının qorunması və dünyada dini azadlığın təmin olunması kimi məsələlər müzakirə olunub.

Görüş zamanı Roma Papası və ABŞ Dövlət katibi tərəflərin qlobal miqyasda demokratiya və insan hüquqları sahəsində davam edən səylərini müzakirə ediblər.

Pompeo çərşənbə axşamı Romaya gəldi və Respublika Prezidenti Sercio Mattarella, Baş nazir Cüzeppe Konte və xarici işlər naziri Luigi Di Mayo ilə görüşlər keçirdi. Altı günlük səfəri çərçivəsində Monteneqro, Şimali Makedoniya və Yunanıstanda da olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »