Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyevin Prezidentliyi Azərbaycana nə verdi?
1993-cü ilin oktyabr ayının 3-də keçirilmiş seçkilərdə Heydər Əliyev Azərbaycanın Prezidenti oldu və 1998-ci ildə də ikinci müddətə bu vəzifəni özündə saxlaya bildi. Beləliklə, 10 il müstəqil Azərbaycana rəhbərliyi həyata keçirdi. 2003-cü ildə isə hakimiyyət estafetini oğlu İlham Əliyevə verərək, dünyasını dəyişdi.

Bəs Heydər Əliyevin 10 illik Prezidentliyində nələr oldu? Bu dövr Azərbaycan üçün nə kimi nəticələrlə yadda qaldı?

Millət vəkili Elman Nəsirov deyir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyətə gəlişi bu xalqın təkidli tələbi və xahişi ilə baş verdi: “O zamankı reallıqda hakimiyyətdə olmaq çox qəribə və mürəkkəb bir məsələ idi; bu ölkəyə rəhbərlik etmək çox böyük cəsarət, eyni zamanda da bacarıq, qətiyyət tələb edirdi. Siyasətin , siyasi aləmin ən nəhəng şəxsiyyətlərindən biri olan , əslində elə bu sahədə birinciliyi qazanmış ümumlider Heydər Əliyevin Azərbaycanda bü cür hadisələrin fonunda xalqın xahişi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Və 1993- cü il, oktyabrın 3 – də ulu öndər Heydər Əliyev ölkə prezidenti seçildi. Ölkə əhalisinin 98 faizindən çox hissəsi lehinə səs verdi. Və bununla da Azərbaycanın düşdüyü bəlalardan xilası yolunda çox mühüm həlledici addım atıldı. Heydər Əliyevin prezident seçildikdən sonra ən mühüm addımları sadalasaq, birinci növbədə, “Əsrin müqaviləsi” ilə bağlı gördüyü işlər o zamandan indiyə qədər də inkişafın kökündə dayanan ən mühüm hadisədir. Ordu quruculuğu məsələlərində də müstəsna rol oynadı. 3 oktyabr prezident seçkilərindən sonra ordu quruculuğu başladı , 1993 cü ilin dekabrı- 1994 – cü ilin yanvar ayında məşhur Horadiz əməliiyatını həyata keçirdi. Fizuli rayonunda bir çox kəndlər azad olundu. Onun müstəsna xidmətlərindən biri də ölkə iqtisadiyyyatının bərpası ilə bağlı idi. Təssəvvür edin ki, H. Əliyev hakimiyyətə gəldiyi zaman inflyasiya 1180 faizə gəlib çatmışdı. Belə olan vəziyyətdə iqtisadiyyatın bərpası ilə bağlı həlledici addımlar atıldı. 1994- cü ilin oktyabr, 1995 -ci ilin mart ayında dövlət çevrilişi cəhdləri ilə üz üzə dayansa da, qalib çıxdı və 1996 –cı ildə Azərbaycan iqtisadiyyatının bərpası baş verdi. Bakı –Tbilisi –Ceyhan əsas neft kəməri də Heydər Əlyevin adı ilə bağlıdır. 2006- cı ildə Bakı Tbilisi- Ceyhan neft kəməri, 2007- ci ildə Bakı –Tbilisi-Ərzurum –Qars kəməri işləməyə başladı. Ancaq bunların əsasını Heydər Əliyev qoyub və bu gün də onun kursu davam etdirilir”.

Millət vəkili Azər Badamov bildirdi ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılması bu ittifaqda birləşən respublikalara öz müstəqilliklərinə qovuşmaq imkanı verdi: “Bu müstəqillik çoxlu respublikalar üçün bir ictimai-siyasi formasiyasının dəyişilməsi kimi tarixə düşdü. Amma Azərbaycan isə ağır və çətin bir yolla qarşılaşdı. Təbii ki, ölkənin ağır durumunda təcrübəli, iradəli, xalqı arxasınca aparan və Azərbaycanın gələcəyini görə bilən bir liderə ehtiyac var idi. Və təbii ki, bu lider Heydər Əliyev idi və ondan başqa heç kim Azərbaycanın taleyinə yaşıl işıq yandıra bilməzdi. 1993-cü ilin iyulun 15 -də Azərbaycan Ali Sovetinin səlahiyyətlərini öhdəsinə götürən Heydər Əliyev oktyabrın 3-də xalqın səs çoxluğu ilə Azərbaycan Respublikasının prezdenti seçildi. Təbii ki, Heydər Əliev prezdent seçiləndən sonra 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında iki dəfə dövlət çevrilişinə cəhdlər olundu. Amma xalq Heydər Əliyevə inanırdı , onun bir çağırışına milyonlarla insan cavab verdi və Ulu Öndərdən başqa kimsəni prezdent görmək istəmədiklərini bildirdilər. Heydər Əliyev öz dövlətçilik təcrübəsini və siyasi iradəsini ortaya qoyaraq Azərbaycanın müstəqilliyinin əbədi olacağı bir yolun başlanğıcını qoydu. Təbii ki, bu Heydər yolu idi. İnkişaf yolumu Heydər Əliyev müəyyənləşdirdi. Bu yol bu gün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan siyasi sabitliyi qorunub saxlanılaraq, günü-gündən inkişaf edir, insanların sosial rifahı yaxşlaşır. Bu gün Azərbaycanın dünya ölkələri boy sırasında yeri görünür. Regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə icra olunmur. Azərbaycan dünya xəritəsində kiçik bir əraziyə malik olsa da, Heydər Əliyev siyasəti Azərbaycana dünyada böyük bir ölkə imicini formalaşdırdı. Bu gün Azərbaycan hər bir Azərbaycanlının fəxr etdiyi ölkəyə çevrilib”.

Politoloq Nəzakət Məmmədova isə qeyd etdi ki, xalqımızın dahi oğlu, Heydər Əliyev 1993-cü il iyun ayında qiyamı yatırmaqla və dövlətçilikdə davamlılığın olmasına çalışmaqla Respublikanın və dövlətin süqut etməsinin qarşısını aldı: “ O, bununla bütün dünyaya sübut etdi ki, 10 il əvvəl necə dünyanın iki fövqəldövlətindən birinin rəhbərlərindən biri idisə, bu gün də dünyanın ən strateji bölgələrindən biri olan Respublikanı süquta yetməkdən xilas etməyə, onu inkişaf və tərəqqiyə aparmağa qadirdir. Heydər Əliyev təkbaşına, hələ ayaq üstündə dayana bilməyən bir ölkənin əks-kəşfiyyatını, diplomatiyasını, ordususunu qurdu. O, Azərbaycanı özünə tabe etmək istəyən, müstəqilliyini və suverenliyini əlindən almaq istəyən bütün məkrli dövlətlərin, beynəlxalq güc mərkəzlərinin və onların əlində alət olan daxili satqınların planlarının üzərindən bir xətt çəkdi. Doğrudur, bu gündən həmin dövrə nəzər salanda təsəvvürə gətirmək belə çətindir ki, dünyanın nəhəng enerji layihələrinin əsas təşəbbüskarı, nüfuzlu, söz sahibi, güç mərkəzlərindən birinə çevrilmiş olan, güclü ordusu, iqtisadiyyatı, gələcəyə dair böyük hədəfləri olan bugünkü Azərbaycan bütün bunlara həmin xaosdan, uçurumun lap kənarından cəmi 26 il ərzində necə qurtulub gəlmişdir. Lakin həmin Qurtuluş taktikasının və Tərəqqi strategiyasının memarının dahi Heydər Əliyev olduğunu düşünəndə bunu dərk etmək asanlaşır. Həmin dövr olduqca mürəkkəb, aradan qaldırılması imkansız kimi görünən xaos mərhələsi idi. Hər bir dövlətin tarixində bü cür dövrlər olub. Müstəqillik əldə etdikdən sonra bir çox dövlətlərin inkişaf və tərəqqiyə gedən yolu məhz belə xaosdan keçə bilər. Dünya tarixində belə hallar olub. Lakin heç də bütün dövlətlər bu mərhələni rahat, qısa müddətə keçə bilməyiblər. Bu günə gəlib çatan ölkələr, o cümlədən Avropa ölkələri bu mərhələni yüzilliklər boyunca keçməli olmuşlar, bəziləri isə ümümiyətlə adlarının dünya xəritəsinə yazılması ilə silinməsi arasında çox qısa bir zaman məsafəsi aşa bilmişdir.Azərbaycan isə həmin dövru – anarxiyadan inkişafa keçid dövrünü cəmisi 2 ildən sonra Heydər Əliyev sayəsində geridə qoydu. Bu, doğrudan da, fantastik bir rəqəmdir. İki ilə heç bir böhran, xaos, anarxiya həll oluna bilməz. Dünyanın siyasi tarixində bu, doğrudan da, fenomenal hadisədir. Heydər Əliyev kimi dahi şəxsiyyət üçün isə zaman məfhumu Eynşteynin isbat etdiyi nisbilik nəzəriyyəsi çərçivəsində baş verdi. Zaman, məkan, şərait yox, O, bütün bunları özünə tabe etdi. Bununla da zamanın və məkanın fövqündə duran Dahi şəxsiyyət olduğunu bir daha sübut etdi”!

Gulnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »