Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli mütəxəssis: “İnternet asılılığı şizofreniyaya səbəb olur”

Bütün dünyada yeni texnologiyalar və internetdən asılılıq getdikcə artır. Artıq internet həyatımızda yemək, su, işıq qədər vazkeçilməz halına gəlib. Bu vəziyyət isə insan şüuru üçün yaxşı olmayan nəticələrə aparıb çıxara bilər.

Bizimyol.info xəbər verir ki, İstanbul Beyin Hastanesinin Psixiatriya Şöbəsinin rəhbəri, uzman doktor İşıl Göyçəgöz internet asılılığı şizofreniya, panik atak, anksiyete kimi psixoloji xəstəliklərin inkişafına səbəb olur.Mütəxəssis xüsusən valideynlərə xəbərdarlıq edib ki, internet asılılığı başladıqdan sonra 3 il ərzində xroniki xarakter daşıyıb ömülük davam edə bilər.

“Telefon, notbuk kimi alətlərlə uzun müddət zaman keçirmək çiyin, bel oynaq ağırıları kimi fizioloji ağrılarla yanaşı insan şürunu da öz təsirinə alır.Boyun ağrıları, çiyin ağrıları, gözlərdə yanma, əllərdə titrəmə və uyuşma, işdə və məktəbdə müvəffəqiyyət səviyyəsinin düşməsi, sosial təcridolunma ilə başlanan hallar ağır və müalicəsiz psixi xəstəliklərə qapı açır.Hərəkətsiz həyat kilo alma, yuxu pozulmaları, şizofreniya kimi ciddi bir xəstəliyin yaranmasına gətirir. Xəstələrdə həddən çox stress və həyəcandan kortizon ifrazı dayanır və iştah kəsilir. Beyin daim yeni informasiyalar arayışındadır və daim yeni materialları alıb emal edir. Emal ediləcək informasiya olmayınca beyin tək tərəfli uyarıya başalyır.Belə olanda da gerçəklə xəyalı bir-birindən ayıra bilmir və şizofreniya başlayır.Sosial fobiyası və depresiyyası olan şəxslər cəmiyyətdən təcridolunmaq üçün texnologiyadan istifadə edirlər.İnternet ortamında özünü var edən şəxs cəmiyyət həyatından yox olmağa başlayır.Ailələr inanın çox ağır psixiatrik xəstəliyə tutulmasının fərqinə çox gec varırlar və bu meyillilik çox təəssüf ki, ömür boyu sürə bilər.Çox vaxt psixiatrik xəstəliklər yuxu rejiminə keçirlər, kənardan ötüşümüş kimi görünsə də müəyyən bir zaman sonra hansısa bir stress vəziyyətində yenidən özünü ortaya çıxara bilər”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »