Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dünyada spirtli içkilərin zərərli təsirindən ildə 2,5 milyon insan ölür
drunk-1-0-0-0

Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə günü qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir.

Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-də Ümumdünya Alkoqolizmlə Mübarizə günü qeyd edilir.

Bizimyol.info xəbər verir ki, e-tibb.az-ın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumatda bildirilir ki, spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Bu gün alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir.

Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər.

Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur. Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər sirrozu daha tez özünü büruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur.

Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır.

Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.(apa)

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Çində təhsil alan azərbaycanlı tələbə: "Doğmalarımı yoluxdurmamaq üçün..."
››› Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »