Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Eldar Həsənovu vurmaq istəyənlər var” - Maraqlı iddialar
eldar-hesenov

SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında qarşıdurma faktının arxasında yeni oyunlar başladılıb.

Mediaya sızdırılan məlumatda bildirilib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur”

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, bu məsələnin Eldar Həsənovun üstünə atılmasında müəyyən məqsədlər var. Kimlərsə Azərbaycanın səfiri vəzifəsində işləyən Eldar Həsənovun və Rusiyanın adını çəkməklə məsələni SOCAR-ın üstündən yayındırmağa çalışır.

İlham İsmayıl İlham İsmayıl

“Rusiyanın işi -gücü qurtarıb? Əslinə baxanda Rusiyanın əlində kifayət qədər təsir və təzyiq alətləri var. Onun nəyinə lazımdır ki, SOCAR-ın əməkdaşı olan 3-4 idmançıdan istifadə etsin? Hətta mənim bildiyimə görə, həmin idmançılar azərbaycanlı deyillər. Dediklərinə görə Naxçıvandan gətiriliblər, lakin milliyətcə azərbaycanlı deyillər. Bu məsələni Eldar Həsənovun və Rusiyanın üzərinə atmaqla diqqəti əsas məsələdən yayındırmaq istəyirlər.

İkinci məsələ bundan ibarətdir ki, Eldar Həsənov Qarabağ problemi ilə bağlı öz dəyişməz və kəskin mövqeyinə görə fərqlənir. Hətta o bu günlərdə verdiyi müsahibədə bildirib ki, Lavrovun nə deməyindən asılı olmayaraq biz Qarabağı azad edəcəyik, Qarabağ bizimdir. Ola bilər ki, Eldar Həsənovun bu dəyişməz mövqeyi Qarabağ məsələsində güzəşt etmək istəyənlərin xoşuna gəlməyib və onu bu yolla vurmaq istəyirlər. Prezident Admnistrasiyasının hər cür araşdırmalar aparmaq imkanı var. Onlar Eldar Həsəbnovun təmiz biri olduğunu bilməmiş deyillər.Ola bilər kiminsə onunla şəxsi zəmində ədavəti var və Eldar Həsənovu vurmaq üçün bundan istifadə edir”

Eyni zamanda Eldar Həsənovun yaxın dostu, Əməkdar jurnalist Əlövsət Ağalarov da Bizimyol.info saytına verdiyi açıqlamada qeyd edib ki, məsələ qəsdən şişirdilir və üzərində durulacaq qədər əhəmiyyətli bir şey deyil.

Əlövsət Ağalarov Əlövsət Ağalarov

“Mən sosial şəbəkədə də yazaraq ictimaiyyətə öz fikrimi bildirmişəm, sizə də bir daha deyirəm. O dövlətinə sadiq adamdır. Adam sonsuz sadiq sədaqət nümunəsidir.Eldar Həsənovun bu məsələdə adının hallanması tamamilə cəfəngiyyatdır. Onun özü ilə bu barədə danışdım. Xəbəri var. Reaksiyası yalnız gülmək oldu. Eldar Həsənovu dövlət tanımasa 3 ölkəyə səfir göndərərdimi? Xaricdə deməzdilərmi “bu araqarışdıranı niyə səfir göndərmisiz? O 20 ilə yaxındır səfir işləyir.Xalqına, dövlətinə, prezidentinə sadiq bir insandır.”

İlhamə

Bizimyol.info

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »