Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürüb

Rusiyada məktəbli qətl törədib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Moskva ətrafında yerləşən Balaşixa şəhərində sahibsiz binada 15 yaşlı məktəbli qızın meyiti tapılıb. Meyitin baş nahiyəsində zədələr olub. Faktla bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları araşdırma nəticəsində qətldə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Məlum olub ki, hadisəni qızla paralel sinifdə oxuyan 15 yaşlı oğlan törədib.

Yeniyetmə istintaqa ifadəsində qətl törətdiyini etiraf edib. O bildirib ki, həmyaşıdı olan qızla mübahisə gözlənilmədən münaqişəyə çevrilib və bu zaman onu öldürüb. Məktəbli hadisədən peşman olduğunu da deyib.

Araşdırmalar davam etdirilir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »