Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Min bir dərdin dərmanı: Bakıda arıçılıq məhsulları sərgisi keçirilir – Video
bal yarmarkasi 2019

Bal - çox faydalı məhsuldur. Bu barədə yorulmadan alimlər, həkimlər daim təkrar edirlər. Bunun üçün isə bal keyfiyyətli və təbii olmalıdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Arıçılar Assosiasiyası ilə birlikdə bal yarmarkası təşkil ediblər.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev Bizimyol. info-ya bildirib ki, Bakıda 28 sentyabr - 18 oktyabr tarixlərində keçirilən Arıçılıq məhsullarının 20-ci Satış-Sərgi Yarmarkasında 321 arıçı iştirak edir.

“Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində Azərbaycanın 37 rayonundan gəlmiş arı məhsulları sərgilənir. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur.

İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.

Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə bilərlər. Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə verilib.

Balın bir kiloqramı əsasən 25 manatdan başlamaqla dəyişən qiymətlə satılır. Qiymətlə bağlı müştərilər arıçılarla sövdələşmə apara bilərlər”,-deyə M.Musayev bildirib.

Arıçı Telman Musayev deyib ki, ağlı kəsəndən həyətdə arı görüb: “Atam arıçı olub. Mən də uşaq vaxtından arıçılıqla məşğulam. Atamın sənətini davam etdirirəm”.

O deyib ki, şəkərli dibat xəstələri balı ehtiyyatla yeməlidir: “Çox az miqdarda yeməlidir. 1 yaşına kimi uşaqlara bal vermək olmaz. Digər şəxslərin bal yeməsi məsləhətdir. Çünki balın xeyirli tərəfləri həddindən artıq çoxdur. Bal immuniteti gücləndirir, bədən müqavimətini artırır, qan dövranını yaxşılaşdırır, həzmi yaxşılaşdırır”.

Arıçı Oruc Əliyev də həmkarının sözünü təsdiqləyir: “Arının bütün məhsulları təbabətdə istifadə olunur. Bal müalicəvidir”.

Arıçı Natiq İbrahimov deyib ki, təsərrüfatında 150 arı yeşiyi var: “Neçə ildir yarmarkada iştirak edirəm. Müştərilərim çoxdur”.

Arıçı bildirib ki, o yarmarkaya 400 kiloqram bal gətirib: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları laboratoriya şəraitində məhsullarımı yoxlayıblar. Yarmarkaya gətirdiyim məhsullar keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilib”.

Ramid İbrahimov

Bizimyol. info

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
Son xəbərlər
Bütün xəbərlər »