Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski ABŞ-dakı vəziyyəti SSRİ-nin dağılması ilə müqayisə edib

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin ötən gün Dövlət Dumasının plenar iclasındakı çıxışı diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”n məlumatına görə, partiya lideri çıxışı zamanı ABŞ demokratlarının prezident Donald Trampa qarşı impiçment cəhdlərini SSRİ-nin dağılması ilə müqayisə edib.

"Bu paradoksdur, amma "demokratlar" sadəcə bir demokratiya içində yaşaya bilmirlər və həyasızcasına prezidentin işləməsinə və səlahiyyətlərini icra etməsinə mane olurlar. İndi heç bir hüquqi əsası olmayan istefa tələbi irəli sürürlər", - deyə o, bildirib.

"Bizdə belə hallar 1917-ci ildə və 1991-ci ildə baş verib. 2014-cü ilin fevralında isə Ukraynada həmin vəziyyəti gördük,  bunların hamısı çevriliş adlanır", -deyə Jirinovski ABŞ-da baş verənləri SSRİ-nin dağılması dövrü ilə müqaisə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp demokratlar tərəfindən qaldırılan impiçment prosedurunu çevriliş kimi dəyərləndirərək, bunu Amerika xalqının gücünü və azadlığını almaq cəhdi adlandırmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »