Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar bir gün yerin altında yaşayacaq: Çin bütün Pekin sakinlərini aşağıda yerləşdirməyə hazırdır

Qlobal iqlim dəyişikliyi insan həyatına təsirsiz ötüşə bilməz. Almaniyanın “Die Welt” qəzeti bir gün bu dəyişiklik üzündən insanların yerin altında yaşayacağını yazır.

Bizimyol.info xəbər verir ki, Avropa nəşri belə ehtimalın böyük olduğunu idda edir. Qəzet planetin bu cür təcrübəsinin olduğunu xatırladır. Daş dövründə insanlar bir müddət yerin altında yaşayıb.

“Hələ 40 min il əvvəl “Homo sapiens”in ilk nümayəndələri Mərkəzi Avropada, Şimali Alp ətəklərində peyda olanda onlar mağaralarda qalmağı daha təhlükəsiz saymışdı. Bu yolla zamanın sərt şərtlərindən bir az yayınmaq mümkün idi. Mağaralar həm də vacib yaradıcılıq mədəniyyətinin yaranmasına təkan verdi”, - “Die Welt” belə yazır.

Materialda bildirilir ki, 2008-ci ildə Xole-Fels mağarasında mamont sümüyündən hazırlanmış insan fiquru tapılmışdı. Bu, insan bədəninin ən qədim təsvirlərindən sayılır. Sahəsi 500 kvadratmetr olan mağarada daşdan hazırlanmış 80 mindən çox silah və 300 bəzək əşyası tapılmışdı. Qədim insanlar belə qapalı məkanda rahatca həyat sürürdülər.

Qədim yunan tarixçisi Ksenofont eramızdan əvvəl 4-cü əsrdə yazırdı ki, indiki Anadolu ərazisində insanlar yerin altında yaşayır. Adamlar ora pilləkənlə enirmiş. Belə böyük şəhərlər yaranıbmış. Yerin altında yaşayan insanlar daha rahat müdafiə olunurmuş.

Çin ötən əsrdə SSRİ-nün nüvə gücündən o qədər çəkinirdi ki, 1969-1979-cu illərdə Pekin sakinləri üçün sahəsi 85 kvadratkilometr olan yeraltı şəbəkə tikmişdi. Asiya dövlətinin hökuməti iddia edirdi ki, bura 6 milyon insanı sığdırmaq mümkündür. Yaşayış kompleksində restoranlar, xəstəxanalar, məktəblər, teatrlar, fabriklər, hətta göbələk yetişdirmək üçün yerlər yaradılıbmış. 2008-ci ildə yeraltı şəbəkə yenidənqurma üçün bağlanıb.

Qəzet yazır ki, Finlandiyanın paytaxtı Helsinkidə yeraltı hovuzlar şəbəkəsi var. Kanadanın Monreal şəhərində isə “Ville intérieure” adlı yeraltı dünya nəhəngliyinə görə başqalarını geridə qoyur.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »