Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni təxribatı: Mülki şəxs həlak oldu

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-dən Bizimyol.info-ya verilən məlumata görə, 2019-cu ilin 2 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün ol­­mayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »