Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada satqınlarla necə davranırlar

Dünyanın ən qapalı rejiminin hökm sürdüyü Şimali Koreyada hər il minlərlə insan ölkədən qaçmağa çalışır. Əvvəllər hökumətin “satqın” adlandırdığı adamlara indi burada çox hörmət edirlər.

Bizimyol.info xəbər verir ki, təkcə keçən ilin yanvarından noyabrına qədər Şimali Koreyadan Cənubi Koreyaya 1042 nəfər qaçmağı bacarıb. Onlardan biri – Te İl Sximin fikrincə, KXDR-də təslimçilərə münasibət dəyişib. Əvvəllər hakimiyyətin təbliğatı sıravi insanlarda güclü əks fikir formalaşdırırdı. Daha adi vətəndaşlar hökumət kimi düşünmür. “Satqın”lara münasibət xeyli yaxşılaşıb. Hətta onlara böyük rəğbət yaranıb.

Te İl Sxim deyir ki, insanlar Şimali Koreyadan pis həyat şərtləri üzündən qaçır. Onları ələ keçirəndə daha yaxşı şərait yaratmırlar, əskinə, gününü qara edirlər. Bu da ən yuxarı təbəqələrdə belə, narazılıq yaradır.

Te İl Sxim bir tanışı haqda danışıb. Li adlı şimalikoreyalı Yanqando vilayətinin dövlət təhlükəsizlik sistemində işləyirmiş. Onu ölkədən qaçanlara kömək etməkdə günahlandırıblar. O qədər bezdiriblər ki, Li intihar etməkdən başqa yol görməyib.

Şimali Koreyadan qaçan şəxs deyir ki, qapalı ölkədə intihara çox pis baxırlar. Sonradan belə adamların ailəsini ciddi cəzalandırırlar.

Te İl Sximin dediyinə görə, əvvəllər ölkədən qaçmağı düşünənlər tək planlar qururdular. Çalışırdılar ki, heç kimə bu barədə danışmasınlar. İndi əməlli-başlı informasiya mübadiləsi gedir. Həmin şəxslər mobil telefon əldə edərək, planı bir neçə adam arasında müzakirəyə çıxarırlar.

Te İl Sxim inanır ki, bir gün hər şey yaxşı olacaq: “Şimalikoreyalılar sadəcə oturub baxmayacaqlar”.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »