Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aparıcı DNT testi sayəsində canlı yayımda doğma anasına qovuşdu - VİDEO
Türkiyəli aparıcı Cem Sünbül əsl ailəsini tapmaq üçün “Həyatdan hekayələr” (“Yaşamdan hikayeler”) adlı verilişə müraciət edib.

Oxu.Az xəbər verir ki, teleaparıcı 1975-ci ildə, İstanbulda Zeynep Kamil xəstəxanasında dünyaya gəlib. O, doğulanda anasının 17 yaşı olub. İddiaya görə, həmin xəstəxananın əməkdaşı anaya körpənin öldüyünü söyləyib və Cem Sünbül uşağı olmayan başqa bir ailəyə övladlığa verilib. C.Sünbül bu həqiqəti 28 il sonra öyrənib.

O, əsl ata-anasını tapmaq üçün onu övladlığa götürən valideynlərinin ölümünü gözləyib. Hər ikisi vəfat etdikdən sonra “TV8”-də yayımlanan “Həyatdan hekayələr” adlı canlı yayıma qatılıb.

Daha sonra bir qadın telefonla proqrama bağlanaraq, C.Sünbül ilə eyni həyatı yaşadığını bildirib və onun anası ola biləcəyini iddia edib. Onlar DNT testi vermək qərarına gəliblər. Testin nəticələri canlı yayımda səsləndirilib və həmin qadının C.Sünbülün anası olduğu təsdiqini tapıb.

Qadın telefonla canlı yayıma bağlanaraq, “Sən mənim oğlumsan. Sənə qurban olum. Çox şükür” deyib.

Cem Sünbül “Artıq rahatlıqla “Anam, Allaha çox şükür” deyirəm. Həqiqətən, əksini heç düşünmək istəmirdim, amma yüzdə bir ehtimal var idi. Biz görüşdük. Simamız da çox bənzəyir. Öz aramızda testin nəticələri mənfi olarsa, yenidən etdirərik, deyirdik” söyləyib.

Beləliklə, aparıcı 42 ildən sonra doğma anasına qovuşub.

Son xəbərlər
Bütün xəbərlər »