Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı və Abşeron sakinləri təşvişdə: İçməli suda virus var? – VİDEO
Bakıda və Abşeron rayonunda içməli suyun insanlar üçün təhlükəli olmasına dair məlumatlar yayılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Bundan başqa, “WhatsApp” nömrələrinə insanlara belə mesajlar yollanır. Mesajda bildirilir ki, Bakıda və Abşeron rayonunda içməli suda təhlükəli virus var. Su vasitəsilə həmin virus insanlar arasında yayılır.

“İçməli suya nəsə qatılıb. Qaynadılmamış su içməyin. Deyirlər içməli suya kanalizasiya və çirkab suları qatılıb. İnsanlar kütləvi şəkildə virusa yoluxurlar”, - deyə məlumatda bildirilir.

Məsələ ilə əlaqədar “Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hadisədən məlumatları var.

Onun sözlərinə görə, bu barədə məlumat yayılan kimi Bakı, Sumqayıt, Sulutəpə və digər ərazilərdə evlərdən içməli sudan nümunələr götürülüb.

“Adı çəkilən ünvanlardan içməli sulardan nümunələr götürülüb. Nümunələr analiz olunub. Suyun tərkibi normalara cavab verir. Məsələ həmişə nəzarətdədir. Əməkdaşlarımız mütəmadi olaraq içməli suyun tərkibini yoxlayırlar”, - deyə Anar Cəbrayıllı bildirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildiriblər ki, təşvişə ehtiyac yoxdur.

“Hələlik içməli sudan zəhərlənmə ilə bağlı məlumatlar dəqiq deyil. Ehtimal var, lakin bu barədə “panika” yaratmaq lazım deyil”, -deyə məlumatda bildirilib.

Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayevin “Ölkə.Az”a açıqlamasında bildirib ki, son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onun sözlərinə görə, xəstələrdən əksəriyyəti uşaqdır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »