Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qocalıq və gənclik hormonu barədə bilmədiklərimiz - Cavanlaşmaq üçün heç vaxt gec deyil
Xəstələnəndə həmişə həkimə üz tuturuq. Ürəkdən, şəkərdən, təzyiqdən, müxtəlif ağırlardan əziyyət çəkəndə əslində bunun orqanizmimizdəki homon balansının pozulmasından irəli gəldiyini heç düşünmürük. Ayrıca bir orqan olmasa da hormonlar sonsuzluqdan xərçəng xəstəliyinə qədər müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, eyni zamanda insanı həm qocaldan, həm də gəncləşdirən gözəgörünməz qüvvədir. Hormonları düzgün balansda saxlamaqla necə gənc qalmaq olar? Hansı hormonun yoxluğu hansı xəstəliklərə qapı açır.

Bizimyol.infonun qonağı həkim Svetlana Abdulova bu gün bu barədə danışacaq.

Svetlana Abdulova həkim

-Həkim, insanlar hormonların var oluşunu nə zamandan öyrəndilər. Məlumdur ki, onlar orqanlar kimi gözlə görünmürlər. İstərdik hormonlar barədə geniş məlumat verəsiniz.

-İnsan orqanı sayılmasa da hormonların orqanizmin fəaliyyətində, sağlamlıqda mühüm rolu var. Hələ antik dövrlərdən bəllidir ki, yaşlandıqca insan bədənində hormonlar azalır. Qədim yunanlar, misirlilər və hindlilər yaşlandıqca azalan seksual gücü bərpa etmək üçün heyvanların cinsi orqanlarını bişirib yeməyi tövsiyə edirdilər. Bu gün elmə məlum olub ki, hormonların azalması qocalma prosesini müşayiət edən xəstəliklərin inkişafı ilə əlaqəlidir. Əsasən kardiovaskulyar xəstəliklər, osteoporoz və xərçəng hormonların kəskin azalmasına səbəb olur. Bəzi hormonal dəyişikliklər əzələ kütləsinin azalması, piylənmə, əqli kəmliklə də əlaqədar olur. Bədənizmidəki bütün hormonları iki qrupa bölmək olar. Anabolik və katabolik hormonlar

Anabolik hormonlar- toxumaların inkişafına cavabdehdir , başqa sözlə möhkəm əzələ və sümüklərin olması onlardan asılıdır. Boldibilderlərin möhkəm əzələyə sahib olması üçün sintetik steroid və anabollardan istifadə etdiyini yəqin ki, bilirsiniz. Cinsi hormonlar, boy hormonları və DEA ( dehidroepiandosteron) təbii anabolik hormonlardırlar, müəyyən yaşdan sonra mütləq şəkildə azalmağa başlayırlar.

Katobolik hormonlar, əksinə toxumaların dağılmasına səbəb olur. Əsas katabolik hormon stress hormonu olan kortizoldur. Böyrəküstü vəzilərdə yaranır. Yeri gəlmişkən bədəndə adrenalin qədər effekti var. İnsulin (mədəaltı vəzdə hazırlanır), estrogen bəzən özlərini katobolik hormonlar kimi göstərirlər. Anaboliklərdən fərqli olaraq kortizol və insulinin , eləcə də kişilərdə estrogenin səviyyəsi yaş keçdikcə azalmır. İnsulin qanda şəkərin artmasına cavab olaraq yaranır. Səviyyəsi az olanda anobolik hormon kimi toxuma gücləndirici təsir göstərir.

-Yaş artdıqca kilo almağımıza hormonların təsiri var?

-Çoxlu şirin və yüksək qlikemik yüklü qida qəbulu zamanı insulin yalnız bir növ toxumanın - piy toxumasının böyüməsinə kömək edir.Yaşlandıqca hüceyrələrin insulin dirənci azalır, insulinin səviyyəsi artır, bu da qocalanda kilo almağımıza səbəb olur. Yaşlananda anabolik hormonlar azalır, katabolik hormonlar artır.

-Bəs gənclik və qocalıq hormonları hansılardır?

-Testosteron, qadınlarda estrogen, proqestron, boy hormonu, melatonin və DEA toxumaları böyüdür və gəncliyi qoruyur. Kortizol, insulin və kişilərdə estrogen qocalıq hormonları sayılırlar.

-Kortizol necə qocaldır?

- Kortizol stress zamanı ifraz olunur, bu ürək damar sisteminin, ağciyərlərin işini sürətləndirir, immun sistemini zəiflədir,cinsi məhsuldarlığı azaldır, həzm sistemini pozur. Bu hormon hərəkəti sürətləndiri tez qaçmağa imkan verir, daha yaxşı görürsən, qanda şəkəri qaldırır, əqli bacarığı sürətləndirir. Buna görə gərgin anlarda insan qeyri adi sürətə bacarığa malik olur, kritik anlarda qeyri adi ideyalar yaranır.Lakain davamlı kortizol hormonu hasilatı beyinin işini məhv edir. Xronik stress ,yəni davamlı kortizol Alshaymer xəstəliyinin yaranma səbəbidir. Gənclik hormonlarınızın qocalıq hormonları ilə nə dərəcədə yaxşı mübarizə apardığını DEA və kortizol hormonlarının nisbəti ilə bilmək olar. Bunu eləmək üçün böyrəküstü vəzilərin stress testini etmək lazımdır. Yəni gündə 4 dəfə- yuxudan duran kimi, günorta yeməyi, şam yeməyi, yuxudan öncə tüpürcək nümunələrini toplamaq və test etdirmək lazımdır.

-Bəs hamının yaxşı bildiyi insulin barədə nə deyərdiniz?

-Əgər orqanizmi kortizol yoxsa insulin çox məhv edir sualı verilsə insulini qeyd edərdim İnsulin vaxtından əvvəl gələn qocalığa alınmış biletdir. İnsulin çoxluğu piylənmə, kortizolun yüksəlməsi, insulin dirənci, ürək xəsəliklərini artırır, digər gənclik hormonlarının işini zəiflədir.

- DEA barədə az eşitmişik.

- DEA orqanizmdə hasil olan, daha geniş yayılmış steroid hormondur. Bu superhormonların içində superulduz sayıla bilər. DEA 25 yaşda öz pik həddinə çatır, 50 yaşda 40 faizə enir, 85 yaşda insanda 5 faiz qalır. DEA səviyyəsi çox olan kişilərin daha az ürək xəstəliyinə tutulduğu bilinir, bu hormon iltihabi xəstəliklərə qarşı dirənc yaradır, bədəndəki təhlükəli viruslara qarşı mübarizə aparır. Professor Regelsonun araşdırmaları göstərib ki, DEA xərcəng hüceyrələrinin yaranmasına mane olur.

DEA-nın faydalarından danışsam onu deyə bilərəm ki, o ürək-damar xəstəlikləri riskini azaldır, stresslə mübarizə aparır, immun sistemini gücləndirir, depressiyanı azaladır, yaddaşı gücləndirir, menopauza simtomunu aradan qaldırır, sümüklərin zəifləməsinin qarşısını alır, libidonu gücləndirir, insulin və qlükozaya qarşı həssaslığı, bədənin yağsız kütləsini artırır.

-Yəni arıqlamaq üçün istifadə etmək olar?

-DEA əlavəli dərman və qidalar qidanın enerjiyə çevrilməsinə kömək edir və yağ yandırır. DEA sulfat əlavələri qəbul etməzdən öncə yoxlanmaq lazımdır. Kişilərdə 300, qadınlarda 250 səviyyədə olması normaldır. Kişilər gündə 15-25 milliqram, qadınlar 5-10 milliqram qəbul etməklə başlayıb, sonra artıra bilərlər.Lakin həddən artıq DEA qəbulu onun kişi hormonu olan testosterona çevrilməsinə səbəb olar, həkim məsləhəti vacibdir.

- Gözəllik yuxusuna yatmaq deyə bir ifadə var. Həqiqətən yuxu hormonu gözəllik verir?

-Əslində bəli. Yuxu ilə orqanizm təzələnir, yeni güc toplayır. Gözəllik ilk növbədə sağlamlıqdan başlayr.Melatonin işığa həssas hormondur, beyinin dərinliyində ifraz olunur. O insanın daxili bioloji saatını tənzimləyir.Gün içində azalır, gecələr- əsasən gecə saat 10-da ifraz olunur.Qaranlıq sevən bu hormon qışda daha çox ifraz olduğuna görə qışda insan daha yuxulu olur, buludlu havalarda orqanizmin yuxu tələbi melotoninlə bağlıdır.7 yaşa qədər uşaqlarda o daha çox olur, yeniyetməlik yaşlarında kəskin azalır. 60 yaşlı insanlarda 50 faiz az hasil olduğuna görə yaşlılar yuxusuzluq problemi ilə üzləşirlər.

Melatonin güclü antioksidantdır və xərçəngin bəzi növləri ilə mübarizədə məsələn məmə xərçəngində yaxşı köməkçi vasitədir. əslində bir çox xəstəliklər zamanı yataq və yuxu rejiminin tövsiyə edilməsi məhz yatarkən viruslara qarşı daha dirəncli olmağımızdan irəli gəlir.

Melotonin az olanda orqanizm sürətlə qocalmağa meyillənir, qocalma da öz növbəsində melotoninin daha az hasil olmasına səbəb olur, melotonin azlığı bütün orqanlara xəbər verir ki dincəlmək zamanıdır. Buna görə qadınlarda yumurtalıqlar fəaliyyətini dayandırır və menopauza dövrü başlayır. Kişilərdə isə testosteron azalır. Hər iki cinsdən olan insanların immun sistemi zəifləyir, bu da xərçəng daxil olmaqla autoimmun xəstəliklərinin ( immun sisteminin öz orqanizminin toxumalarını məhv etməyə yönəlmə halı) yaranmasına gətirib çıxarır.

Hər gün az dozada melotonin qəbul etməklə bunun qarşısını almaq olar. Melotonin ucuz və rahat əldə olunan preparatdır, lakin o orqanizmə güclü təsir edir. Əgər özünüzü qocalıqdan qorumaq üçün melotonin qəbuluna başlamağa qərar versəniz mütləq həkiminizlə məsləhətləşin.

Yuxu problemi olmayan sağlam adamlar gənc qalmaq xatirinə yatmazdan öncə 0,5 -1 mq melotonin qəbul edə bilərlər.Yuxusuzluqdan əziyyət çəkənlər isə 3-5 mq qəbul edə bilərlər. Melotoninin çox qəbul edilməsi problem yaratmır. Saat qovşağı dəyişilədə yaşanan jetlaq problemini də melotonin vasitəsilə həll etmək olar.

Söhbət etdi: İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »