Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Banklar krediti 29 faizlə təklif etsələr də, depozitlərə 1 faizdən az dividend ödəyirlər”

“Bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır. Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir”.

Bu fikirləri Bizimyol.info-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramov

O qeyd edib ki, tətəndaşların banklardakı depozitləri bu ilin apel ayıdan bəri ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır.

“Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır.

Belə ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsələr də belə dollar ilə depozitlərə 1 faizdən az dividend ödəyirlər.

Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər. Bu o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır. Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir”.

Ekspert qeyd edib ki, aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2.5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir.

“Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir. Qeyd edək ki, son 1 ildə manat üzrə divident faizləri də orta hesabla 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »