Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət partiyasına yeni ittihamlar və qarşı tərəfin cavabları

“Yeni Mmüsavat” yazır ki, qəzetin səhifələrində AXCP və Milli Şura haqqında yazılar gedəndə “İranın təsir dairəsində olan mətbuat orqanları kütləvi şəkidə qara piar kampaniyasına başlayırlar”. Qəzqetin iddiasına görə, bu sırada nuraz.com saytı daha çox fəallıq göstərir.

Qəzet yazır: “İrana bağlı saytların AXCP sədri Əli Kərimli və digər Milli Şura funksionerlərinin müdafiəçisinə çevrilmələrini haradasa anlamaq çətin olmur. Belə ki, İranın bir sıra dairələri daim Azərbaycan üçün dini yöndən təhdid mənbəyidir. Milli Şura isə onun Azərbaycanda olan dayaqlarını “demokratiya pərdəsi” altında müdafiə edir”.

Qəzetin iddiasına görə, “Azərbaycan əleyhinə iş aparan, dövlətə xəyanət etmiş” və müxtəlif ölkələrə sığınmış şəxslər bu müxalif qüvvəni və onun liderini müdafiə edir: “Onlardan biri də İsgəndər Hüseynzadədir. Bu adam 1996-cı ildən ailəsi ilə birgə İrana gedib. Hazırda orada yaşayır. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. İranın bəzi dairələrinin nəzarətində və istifadəsində olan bir casusdur. Birmənalı şəkildə öz ölkəsinə - Azərbaycana qarşı dayanan birisidir. 2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. İ. Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqeyə malikdir”.

Qəzet yazır ki, o, AXCP və Milli Şura haqqında tənqidi yazı dərc edən kimi qəzetə və onun rəhbərliyinə qarşı İsgəndər Hüseynzadə də yazılar yazır. “Yeni Müsavat” bunları əsas tutaraq partiyanı və onun rıhbərliyini, konkret olaraq Əli Kırimlini “antiAzərbaycan qüvvələrlə” gizli-aşkar əməkdaşlıq etməkdə günahlandırırb.

Bu yazıya münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bizimyol.info-ya bildirib ki, partiya hər hansı ölkənin və qüvvənin əlaltsı deyil: “Biz qanun çərçivəsində fəaliyyətimizi qurub hüquqları pozulmuş şəxsləri dinindən asılı olmayaraq müdafiə edirik. Bizim müxtəlif vaxtlarda müxtəlif dairələrin agenti olduğumuzu iddia ediblər. Amma bu iddialar şər-böhtan olaraq qalıb. Bizim əleyhimizə tutarlı kompramantları olmadığı üçün atdıqları şər-böhtan bumeranq kimi özlərinə qayıdır”.

 İlham Hüseyn

İ.Hüseyn bildirib ki, İsgəndər Hüseynzadəni tanımır: “Onu tanımıram və fəaliyyətindən də xəbərsizəm”

Bu ərəfədə AXCP-yə və onu sədri Əli Kərimliyə qarşı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olduğunu deyən Audın Əliyev də ittihamlarla dolu videomüraciət yaydı. Əvvəlcədən yazılmış mətni üzündən oxuyan Aydın Əliyev iddia edib ki, AXCP-də “diktatura yaradılıb”, “xaricdən alınan yardım, qrant və sair haqqında heç bir hesabat verilmir” və sair. Aydın Əliyev Əli Kərimlini istefa verməyə çağırmışdı.

AXCP sədrinin müşaviri Məmməd İbrahim və partiyanın Xətai rayon şöbəsinin sədri Hüseyn Oruclu videomüraciətə yazdıqları şərhlərdə bildiriblər ki, Aydın Əliyev iqtidaryönlü İctimai Nəzarət Koalisiyasına üzv olduğu üçün bu addımı sifarişlə atıb. Partiyadaşları onu xəyanətkarlıqda, əqidəsini satmaqda ittiham ediblər.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »