Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni yaradılan fond sığorta bazarında inhisarlaşmaya səbəb olacaqmı?- Ekspert cavablayır

Nazirlər Kabineti “Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Yeni yaradılan fond sığorta bazarına hansı təsiri göstərəcək, bu fondun yaradılması sığorta şirkətlərini bir təşkilat altına yığacaq və ya bu sahədə inhisarlaşmaya səbəb olacaqmı?

Bizimyol.info-nun bu sualını iqtisadçı ekspert Rəşad Həsənov cavablandırıb.

Ekspert bildirib ki, fond əsasən ölkədə əməyin mühafizəsi sahəsində həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.

Rəşad Həsənov Rəşad Həsənov

“Fondun yaradılması heç bir inhisarlaşmaya yol açmayacaq. Sığorta şirkətləri könüllülük prinsipi əsasında fonda maliyyə dəstəyi verəcəklər. Burda icbarilik prinsipi təmin olunmayb. Bu fonda hər hansı rəsmi icbari ödənişin edilməsi ilə bağlı təlimat yoxdur. Fond hansısa sığorta əməliyyatı həyata keçirməyəcək.

Fond əsasən maddi texniki bazasının gücləndirilməsi tədqiqatların aparılması bu sahədə çalışanların mükafatlandırılması ilə məşğul olacaq. Ona görə də sığorta təşkilatlarının bir araya gəlməsindən və inhisarlaşmadan söhbət gedə bilməz”.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »