Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif İslamzadə sənətini sevənlərə müjdə

Uzun illərdir səhnələrdən uzaq düşsə də onun səsi, ifası, bənzərsiz oxu tərzi yaddaşlara yazıldı, unudulmadı. Söhbət Xalq artisti Akif İslamzadədən gedir.

Qocaman sənətkar bu yaxınlarda bu günə qədər səsləndirmədiyi manhılardan ibarət diski ilə yenidən pərəstişkarlarını sevindirəcək.

Bu barədə Bizimyol.info-ya böyük sənətkar özü məlumat verib.

“Mənim mahnılarımı eşitmək istəyənlərə, məni sevənlərə bir xoş xəbərim var. Bu günə qədər eşitmədiyiniz mahnılarımdan ibarət diskim hazırlanıb. 10-15 günə işıq üzü görəcək. “Ay Laçın” mahnısını bu günə qədər eşitmədiyiniz bir formada təqdim etmişəm. Bu günə qədər mənim rus dilində mahnı oxuduğumu yəqin eşitməmişdiniz. Rauf Hacıyevin yazdığı mahnıları rus dilində ifa etmişdim. Bu mahnılar efirlərə getməmişdi. Şəxsi arxivimdə qorunurdu. O mahnıları təqdim edəcəyəm. İki disk olacaq. Hər birində də 7 mahnının olması nəzərdə tutulub”,- deyə Akif İslamzadə bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »