Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar neftdən sonra xeyli kasıb yaşayacaq: Sosial-iqtisadi proqnozlar bədbin gələcəkdən xəbər verir

Ruslar neftə tələbat azalandan və alternativ enerji mənbələrindən istifadə populyarlaşandan sonra xeyli kasıblayacaq. Belə bədbin sosial-iqtisadi proqnozu Avropa yenidənqurma və inkişaf bankının keçmiş iqtisadçısı Sergey Quriyev verib.

Bizimyol.info xəbər verir ki, mütəxəssis bu halda rusların azı 30 faiz kasıblayacağını proqnozlaşdırır. Quriyevin dediyinə görə, indi Rusiyanın ümumdaxili məhsulunun 25-30 faizi neft və qaz gəlirlərindən asılıdır. Amma iqtisadiyyatın əsasını xidmət sahələri təşkil edir.

İqtisadçı deyir ki, neftə tələbat azalan kimi Rusiya tamam kasıb dövlətə çevrilməyəcək. Çünki kənd təsərrüfatı, turizm, yüksək yexnologiyalar yaxşı inkişaf edib. Quriyevin fikrincə, neft və qazdan asılılığın getməsi ölkənin zərərinə də olmayacaq. Bu halda rus gəncliyi dövlət qulluğu və ya neft şirkətində iş haqda yox, məsələn, yaxşı proqramçı olmaq barədə düşünəcək.

“Neftsiz yaşayan xeyli ölkə var. Rusiyanın neftsiz yaşaya bilməyəcəyini düşünmək rasizmdir. Bu o demək olar ki, biz rusları ikinci növ adam sayırıq, işləyə bilməyən insanlar hesab edirik”, - Quriyev belə deyib.

Rəsmi statistikaya görə, keçən il Rusiya büdcəsinin 48 faizi neft-qaz gəlirlərindən asılı olub.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »