Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaşıqçı cinayətində şok səs yazısı: "Onu hissələrə ayırmaq üçün gözləyirlər"

BBC-nin “Panaroma” proqramı 2018-ci ilin 2 oktyabrında öldürülən məşhur jurnalist Camal Kaşıkçı ilə bağlı xüsusi dosye hazırlayıb.

Cinayətin səs yazılarını dinləyən Barones Helena Kennedi onları belə şərh edib: “Güldüklərini eşidə bilərsiniz. Bu, qan donduran bir işdir. Orada bu adamın gələcəyini, öldürüləcəyini və parçalara ayrılacağını bilərək gözləyirlər”.

Türk kəşfiyyatından onlara daxil olan 45 dəqiqəlik materialla bağlı detallı qeydlər aparan Kennedi materialda Səudiyyə Ərəbistanı Baş Konsulu və Xarici İşlər Nazirliyinin Təhlükəsizlik rəisi arasında olan danışıqların olduğunu da bəyan edib.

Kennedi bu söhbətlərdə “milli vəzifə” kimi şərh edilən əməliyyatdan danışdıqlarını qeyd edib:

“Bunun lap əvvəldən ciddi və yaxşı hazırlanmış vəzifə olduğuna dair şübhəm yoxdur”.

Əməliyyatı idarə edən şəxsin Vəliəhd şahzadə Məhəmməd bin Səlmanın mühafizəçisi Maher Əbdüləziz Mutreb olduğu da bildirilib.

Kennedi Kaşıkçının cəsədini parçalayan Dr. Salah əl-Tubaiginin təlimatları Mutrebdən aldığının eşidildiyini, həmçinin onların söhbətində jurnalist haqqında “qurbanlıq heyvan” ifadəsinin işləndiyini də bildirib.

Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçı ötən ilin oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxmışdı. (Oxu.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »