Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda varis məsələsini müzakirə edirlər

Türkmənistanda söz-söhbət gəzir ki, Qurbanqulu Berdıməhəmmədovun prezidentliyi uzun sürməyəcək. Asiya ölkəsində varis məsələsinin müzakirə olunduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda prezident postuna indiki dövlət başçısının 38 yaşlı oğlu Sərdar Berdıməhəmmədovun gətiriləcəyi gözlənilir. “Kiçik Qurbanqulu” ilin əvvəlində Ahal vilayətinin qubernator müavini təyin olunmuşdu.

İyulun sonunda Türkmənistan prezidentinin böyrək çatışmazlığından əziyyət çəkdiyi xəbəri yayılmışdı. Bundan sonra Berdıməhəmmədov iki həftə ortada görünmədi. Onun hətta öldüyü haqda xəbərlər dolaşmağa başladı.

Rus politoloq Arkadi Dubnov kimin prezident olmasının əhəmiyyət daşımadığını düşünür. Onun fikrincə, Türkmənistanda diktatura yenə də davam edəcək. Politoloq deyir ki, Qurbanqulu Berdıməhəmmədovun üçüncü nəvəsi Kərimquluya daha çox diqqət ayırmaq lazımdır. Dövlət başçısına qalsa, öz yerinə nəvəsini keçirər. Sadəcə, Kərimqulunun hələ yaşı çatmır. Dobnov deyib ki, əcnəbilər görməyəndə Türkmənistanda lap rüsvayçı şeylər baş verir: “Yeri gəlsə, Kərimqulunun ayaqqabısından da öpürlər”.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »