Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada rüşvət vermək istəyən azərbaycanlının məhkəməsi oldu

Rusiya Federasiyasının Kurqan bölgəsində Qazaxıstandan spirtli içkilərin qanunsuz idxalına görə sərhədçilərə rüşvət verməyə cəhd göstərən azərbaycanlı tutulub.

Məhkəmə artıq bu cinayət işinə baxıb və sərhədçilərə rüşvət verdiyi üçün saxlanılan 39 yaşlı həmyerlimizə hökm oxunub. Tutulan şəxs bundan əvvəl qanunsuz alma daşınmasına görə də hüquq-mühafizə işçilərinin diqqətini cəlb edibmiş.

Bu ilin iyulunda isə o, Qazaxıstandan Rusiyaya avtomobillə mənşəyi bilinməyən alkoqollu içkilər keçirməyə cəhd göstərib. Sərhədi maneəsiz keçmək üçün o, sərhədçilərə 20 min rubl (təxminən 524 manat) məbləğində rüşvət təklif edib.

Bu barədə Kurqan və Tümen bölgələrinin Sərhəd idarəsinin mətbuat xidmətindən Nakanune.ru saytına məlumat verilib.

Adı açıqlanmayan azərbaycanlı rüşvət verdikdən sonra dərhal həbs edilib. Məhkəmədə o öz günahını etiraf edib.

Məhkəmə həmyerlimizə 200 min rubl məbləğində cərimə cəzası təyin edib. (Oxu.az)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »