Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir gecə qəflətən gələ bilərik" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bəyan edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq.

Dövlət başçısı Fəratdan Dəcləyə qədər olan ərazinin şərqində bufer zonanın yaradılması məsələsində sərbəst hərəkət edəcəyini qeyd edib.

“Türkiyənin artıq bu məsələdə itirəcək bir günü belə yoxdur. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmadı. Bir gecə qəflətən gələ bilərik”, deyə R.T.Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan qonşu ölkəyə qoşun yeridilməsinin səbəbini də açıqlayıb. O deyib:

“Türkiyənin Suriyaya müdaxiləsinin yeganə səbəbi təhlükə mənbəyinin aradan qaldırılması və humanitar dəhlizin yaradılmasıdır. Biz Suriya vətəndaşları üçün dinc həyatın təmin edilməsini istəyirik. Türkiyə sonsuzadək milyonlarla suriyalı qaçqına sığınacaq vermək niyyətində deyil. Onların hamısı sonunda öz vətəninə qayıtmalıdır”.

Türkiyənin dövlət başçısı qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradılmasını Ankaranın əsas vəzifələrindən biri adlandırıb. (Axar.az)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »