Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşlar Avtomobil Yolları Dövlət Agentliyinə etiraz edirlər – Video

Cəbrayıl rayonundan məcburi köçkünü Əliheydər Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "8 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Əliheybət Şirinovdan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşıyıblar.

“Əliheybət Şirinov bizə müxtəlif tikinti materiallarının daşınması işlərini gördürüb və görülmüş işlərin müqabilində ödənilməli olan 324 660 manatı ödəməkdən boyun qaçırıb. Bizə haqqımız ödənilənə kimi aclıq aksiyası keçərəcəyik”,-deyə Ə.Əliyev bildirib.

Ə.Əliyev deyib ki, onunla əmək və ya xidmət müqaviləsi bağlanmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, vətəndaş məhkəməyə müraciət edə bilər: “Vətəndaş Agentliyə rəsmi müraciət edərsə, ona rəsmi cavab veriləcək. Bundan başqa, vətəndaşın hüququdur ki məhkəməyə də müraciət etsin”.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »