Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin" kuklasının qarın nahiyəsində "Thug life" tatusu var
Satirik kukla şousu olan "Spitting image" ekranlara geri qayıdacaq.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, yeni bölümlərdə "Donald Tramp" və "Vladimir Putin" kuklaları yer alacaq.

Şounun yaradıcılarından biri olan Rocer Lou "Spitting image"i "Cəmiyyətə xidmət edən satira" adlandırıb: "Dünyanın hazırki vəziyyəti yetərincə xaotikdir. Məncə bu, televizora qışqırmaqdan daha yaxşıdır".

Şounun "demo" bölümünün çəkilişləri artıq sona çatıb. İnternetdə siyasətçilərin kuklalarının fotoları yayılıb. Onların arasında, köynəyinin üzərində "princess" yazısı olan "Meqan Markl" və qarın nahiyəsində "Thug life" (bandit həyatı) tatusu olan "Vladimir Putin" kuklaları var.

Xatırladaq ki, "Spitting image" 1984-cü ildən fəaliyyət göstərməyə başlayıb. Əvvəllər şounun qəhrəman kuklaları siyasətçilər olub. İndi isə onların arasında dünya ulduzlarına da rast gəlmək olur.

Qeyd edək ki, Rocer Lou gələcək bölümlərdə Amerika prezidenti "Donald Tramp" kuklasının da yer alacağını bildirib: "O, özü satiradır".

Adelya

Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Günel Gözəlova: “Araz Bayramov kimi həkimlər bu peşədən uzaqlaşmalıdır”
Son xəbərlər
Bütün xəbərlər »