Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur futbolçu evsiz insanlara yardım etdi – VİDEO
“Marsel” klubunun ulduz futbolçusu Patris Evra küçədə yaşayan insanlara yemək və ərzaq alıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu “Instagram” səhifəsində paylaşdığı videoda bildirib ki, küçədə yarım saat gəzməklə, o, 12 evsizə yardım edib.

“Küçədə yarım saat gəzməklə, 12 nəfər yardıma ehtiyacı olan insanla qarşılaşdım. Bəs siz bu gün nə etmisiniz? Kiməsə yardım etmisinizmi? Yoxsa ancaq şikayətlənə və kimisə ittiham edə bilirsiniz? Allaha çox şükür ki, özümü xoşbəxt hiss edirəm”, - deyə Evra videonun altında şərh bildirib.

Son xəbərlər
Bütün xəbərlər »