Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ qazisinin qanuna itaətsizlik haqqı yoxdur”

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Qarabağ əlilləri ilə idarənin əməkdaşları arasında baş vermiş qalmaqala münasibət bildirib.

Azpost.info bildirir ki, SOCAR rəsmisi deyib ki, bu məsələdə kim günahkardır məsuliyyətə cəlb edilməlidir: “SOCAR ərazilərində yeni tikililərlə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Kim günahkardırsa məsuliyyətə cəlb olunmalıdır. Amma bu heç kimə -Qaziyə də, hətta Milli Qəhrəmana belə qanunlara və qaydalara itaətsizlik etmək haqqını vermir”.

“Onların döyülməsi və ya “onlar davaya cəhd ediblər” məsələsi mübahisəlidir. Mənə elə gəlir ki,bu bir planlaşdırılmış xoş niyyətli olmayan cəhddir. Araşdırmağa ehtiyac var və kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verməlidir”-deyə X.Məmmədov bildirib.

Vitse-prezident SOCAR qalmaqalda adı çəkilən əməkdaşlarını müdaifə edərək bildirib ki, onların işi həmin kəməri mühafizə etməkdir. X. Məmmədov etiraf edib ki, boru kəməri üzərində evlər mövcuddur: “Boru kəmərinin üzərində də evlər olur. Bu bir vaxtlar boru kəmərinin mühafizə olunmadığı dövrə aiddir. Amma bu o demək deyil ki, biz təhlükəsizlik zonasını ləğv etməliyik”.

Onun sözlərinə görə, qalmqalada adı çəkilən Qarabağ əlilinin əlində heç bir sənəd olmayıb.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Azərbaycanda zəlzələ olub
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »