Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Ahıllar Günüdür

Bu gün Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov bu günlə əlaqədar paylaşım edib:

“Ahıllar günü münasibətilə Bilgəhdə ahıl şəxslər üçün sosial xidmət müəssisəsini (el arasında ahıllar evi adlanır) ziyarət etdik. Burada yaşayan insanları sağlam və gümrah görüb çox şad oldum. Bilgəh sosial xidmət müəssisəsi sözün həqiqi mənasında yaxşı bir istirahət evini xatırladır. Hər çür şəraiti var, həm də tam dövlət təminatındadır.

Bilgəhdəki ahıllar evinə ziyarətim ilk dəfə deyil. Neçə illərdir fürsət düşəndə gəlirik, görüşürük. Çoxunu tanıyıram. Yaşayışlarından məmnundurlar, heç nədən korluq çəkmirlər. Heç zaman nədənsə şikayətlərini eşitmədim. Onlara göstərilən diqqət və qayğıya görə dövlətə, Prezident İlham Əliyevə, Mehriban xanıma minnətdarlıqlarını dönə-dönə ifadə edirlər.

Sosial işçilərin xidmətini, həssaslığını ayrıca qeyd etmək istəyirəm. Hər biri ahıllara öz döğmaları kimi baxır, qulluq göstərirlər. Həmişə hiss etdiyim bir şeyi də demək istəyirəm: buradakı ahıl insanlar özlərini artıq yeni, böyük bir ailənin üzvləri sayırlar. Deməli onlar tək deyil. Ömrün ahıl çağını rahat, qayğılardan azad yaşayırlar. Onlara və bütün ahıllarımıza cansağlığı və uzun ömür arzulayıram”.

Son xəbərlər
Bütün xəbərlər »