Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirləri okeanda batmaqdan kokain torbaları xilas edib

Kolumbiya sahillərində batan narkotik ticarətçiləri içində 1,2 ton kokain olan suyadavamlı çantalar sayəsində sağ qalıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Tumako şəhərindən 55 kilometr məsafədə üç nəfər tapıblar. Zərərçəkənlər böyük bir dalğanın qayıqlarını çevirdiyini və nəticədə, üç saat Sakit okeanda qalmalı olduqlarını bildirib.

Cinayətkarları gəmiyə apararaq onlara tibbi yardım göstəriblər. Polis sözügedən paketləri yoxlayıb və içərisində 1,2 ton kokain tapıb. Adamlar dərhal həbs edilərək, nəzarətə alınıb. Yerli mətbuatın məlumatına görə, onlar narkotik alverində şübhəli bilinir. Hazırda onlara qarşı rəsmi ittihamların irəli sürülüb-sürülmədiyi məlum deyil.

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »