Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada polkovniki iş yerinin qapısı ağzında bıçaqlayıb öldürdülər - Video

Bu gün oktyabrın 1-də Moskvanın mərkəzində Rusiya İstintaq Komitəsinin müstəntiqi, polkovnik Vladislav Kapustin bıçaqlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.

Hadisə İstintaq Komitəsinin binası qarşısında baş verib. Polkovnik Kapustin şikayətə gələn vətəndaşları qəbul edirmiş, bu zaman kimliyi məlum olmayan şəxs arxadan ona hücum edərək bıçaqla zərbə endirib.

Hücum binanın girişində baş verib, ürək nahiyəsindən yaralanan polkovnik xəstəxanaya çatdırılıb. Həkimlər onun üzərində cərrahiyə əməliyyatı aparsalar da həyatını xilas edə bilməyiblər.

Polkovniki bıçaqlayan şəxs hadisə yerindən qaçmağa çalışıb, amma saxlanılıb. Həmin şəxsin 39 yaşlı Sergey Qriqoryev olduğu bildirilir. Bu şəxs dəfələrlə İstintaq Komitəsinə müraciət edib, istintaqdan şikayətlər yazıb.

Bizimyol.info

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »