Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli məşhur aktyor Tarık Ünlüoğlu vəfat edib

Türkiyənin tanınmış aktyorlarından olan Tarık Ünlüoğlu vəfat edib.

Bizimyol.info xəbər verir ki, 62 yaşlı sənətçi uzun zamandır, müalicə olunurdu.

İki gün öncə aktyorun həkimi Ünlüoğlunun ailəsinə "hər an hər şeyə hazır olun", - deyə məlumat verdiyi bildirilir.

Qeyd edək ki, Reşat Tarık Ünlüoğlu 16 noyabr 1957-ci ildə anadan olub. Ankara Dövlət Konservatoriyasında opera fakültəsində təhsil aldıqdan sonra teatr fakültəsinə keçib. İyirmi ildən artıq müddətdə Ankara Dövlət Teatrında çalışıb, daha sonra İnstanbul Dövlət Teatrına keçib.

Tarık Ünlüoğlu teatrdakı fəaliyyəti ilə yanaşı kino sahəsində də çalışıb, bir çox serial və bədii filmdə rol alıb. "Kurtlar vadisi" serialında "Testere Necmi" rolu ilə daha da məşhurlaşıb.

Onun son işlərindən biri “Eşkiya dünyaya hükümdar olmaz” serialında canlandırdığı "Ünal Kaplan" rolu idi.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Milli Məclisdə “kədərli” anlar…
Son xəbərlər
Bütün xəbərlər »