Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fuad Qəhrəmanlı Baş Prokurora cavab verdi: "İndi anladılarmı ki, mənim istefam kimə lazımimiş?"

Bu gün Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət ediblər: "Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir.

İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq. Bu gün özünü müxalifət adlandıran vətəndaşların hüquqların müdafiəsi üzrə özlərinə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar".

Bizimyol.info xəbər verir ki, Fuad Qəhrəmanlının bu açıqlamaya cavabı gecikməyib:

“Məni guya zorakılığa görə cəzalandırmaq istəyirlər. Media və dostlar məndən təkidlə açıqlama istəiyirlər. Bunu nəzərə alaraq qısaca bildirirəm ki, indiyə qədər məni ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb heç bir mənfi fikir deməmişəm və bundan sonra da deməyəcəyəm. Xahiş edirəm kimsə də deməsin.

Ancaq, zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığişdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib üstümə gəlib AXCP sədrinin müavinliyindən istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb məyus oldular və son çarə kimi indi də bu yolla işlərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefam kimə lazımimiş?”

Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »