Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Banklar 100 dollarlıq əskinasın qəbulunda problem yaradırlar

Azərbaycanda bəzi banklarda 100 dollarlıq əskinasların qəbulu ilə bağlı problem yaranıb.

Bizimyol.info xəbər verir ki, söhbət 1993-cü ilə qədər tədavülə buraxılan əskinaslardan gedir. Banklar həmin pul nişanının dövriyyədən çıxarıldığı iddia edərək qəbul etmirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidməti məsləylə bağlı verdiyi açıqlamada bildirib ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir.

“Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir.

Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əskinaslar qəbul edilmir”.

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »