Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis avtomobili ilə qəza törətdi – Video

Bakıda polis əməkdaşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, qəza sürücünün düzgün ara məsafəsi saxlamamasına görə baş verib.

Yol nəqliyyat hadisəsi videoqeydiyyatçının yaddaşın köçüb.

Videogörüntüyə əsasən “Mercedes-Benz” markalı 90 CD 481 dövlət nömrə nişanlı avtomobil kobud qayda pozaraq qəzaya səbəb olub.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda ara məsafəsinin konkret ölçüsü göstərilmir. Sözügedən qanunun 50-ci maddəsində nəqliyyat vasitələri arasında ara məsafəsinə toxunulur: III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »