Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq

2020-ci ilin fevralına kimi köhnə əməliyyat sistemləri ilə işləyən telefonlarda “WhatsApp” əlçatmaz olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə messencerin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “Android 2.3.7” və daha əvvəlki, eləcə də “iOS 8” və daha əvvəlki əməliyyat sistemlərində “WhatsApp” yenilənməyəcək və yeni akkaunt açmaq mümkün olmayacaq.

Whatsapp

Həmçinin qeyd olunur ki, 2020-ci il yanvarın 1-dən sonra messencer “Windows Phone”da, iyulun 1-dən isə “Microsoft Store”da əlçatmaz olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »