Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir
VTB Azərbaycan
Bank VTB (Azərbaycan) kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirləri davam etdirir. Belə ki, bank əhalinin sıx toplaşdığı məkanlarda yeni bankomatlar quraşdırıb:

• Heydər Əliyev pr. 172 ünvanında (“Koroğlu” metrostansiyası yaxınlığında) yerləşən ”Bravo” hipermarketi;

• “Nizami Mall” ( “Nizami” metrostansiyası yaxınlığında).

Bununla da VTB (Azərbaycan)-ın hazırda 21 bankomatı müştərilərə xidmət göstərir. Bankomatlar vasitəsilə müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) və digər xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər. Bankın “Əcəmi”, “Neftçilər” filialları və Müştəri xidmətləri mərkəzi, eləcə də “28 Mall” TM və “İçəri şəhər” metrostansiyasında yerləşən bankomatlarında kart hesabına nağd pul vəsaitinin əlavə edilməsi - Cash in xidməti mövcuddur.

VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL | Bank, Bank of Baku və AzerTurkBank kimi tərəfdaş bankların ATM şəbəkəsindən də əlavə komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə bilər. Beləliklə, VTB (Azərbaycan)-ın kart sahibləri Azərbaycan ərazisində yerləşən 100-dən çox bankomatdan istifadə edə bilər.

Paylaş »
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
››› İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır
››› Ölmüş bilinən qız 29 il sonra oğlan olaraq döndü
Son xəbərlər
Bütün xəbərlər »