Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook” “layk”ları gizlətməyə başladı

“Facebook” çoxdan gözlənilən islahatı həyata keçirmək qərarına gəlib. Məşhur sosial şəbəkə “layk”ları gizlətməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, “Facebook” bəyənmələri və görünmə sayını gizlədən funksiyanın testini keçirib. Sosial şəbəkə nümayəndəsi Cimmi Raymonun dediyinə görə, məqsəd xidmətin istifadəçilər üçün rahatlığı artırıb-artırmamasıdır. Yaxın vaxtlarda ümumi sistemlə bağlı qərar veriləcək. Böyük ehtimalla “Facebook” bəyənmə sayını hamı üçün izlədəcək.

İlk addım “Instagram”da atılıb. Hələlik bu şəbəkədən istifadə edən 7 ölkədə bəyənmə sayı gizlədilib. “Layk” yerində ümumi dostların bir neçəsinin statusu bəyəndiyi qeyd olunur.

Son xəbərlər
Bütün xəbərlər »