Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qasığra viran etdiyi yerdə indi quldurlar tüğyan edir - VİDEO
Karib hövzəsində "İrma" qasırğasının vurduğu ada dövlətlərdə indi də quldurlar və cinayətkarlar tüğyan edirlər. Xüsusilə ağır kriminogen durum Sent-Martin, Sent-Bartelemi və Britaniya Virciniyası adalarındadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya, Fransa və Hollandiya bu adalara hərbçilərlə polislər yollayırlar.

Sent-Martin adasının yarısı və Sent-Bartelemi adası Fransaya, yarısı Hollandiyaya məxsusdur. Britaniya Virciniyası isə Londona tabe ərazidir.

Sent-Martinin polis rəisinin dediyinə görə, adada 600 nəfərlik quldur dəstəsi evləri, dükanları, kommersiya obyektlərini və otelləri qarət edir.

Britaniyalı milyarder Riçard Brensonun oğlu Sem Brensonun dediyinə görə, adalarda başıpozuqluq və iğtişaşlar mühahidə olunur.

Britaniya Vircin adalarına əlavə olaraq 50 polis yollayıb. Fransa isə Sent-Bartelemidə polislərin sayını 500 nəfərə çatdırıb.

Sent-Martində olan və təşvişə düşən turistlərin dediklərinə görə, cinyətkarlar otelləri, evləri, dükanları qarət edirlər.

Turistlərin əksəriyyəti otellərdəki nömrələrdə qalır, qapını arxadan bağlayır və bu minvalla quldurlardan qorunmağa çalışırlar.

"İrma" qasırğası Karib hövzəstində 34 nəfərin ölümünə səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »