Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Polisləri təhqir edən müğənni həbs olundu - Foto
seron

Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb.

Bizibyol.info avtosfer.az-a istinadən xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar - Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib.

Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə “ona heç nə edə bilməyəcəklərini” deyib.

Ardınca YPX əməkdaşlarını təhqir edən Xəyal Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib.

Lakin YPX əməkdaşları əraziyə Post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək, sürücünü 25-ci Polis Bölməsinə təhvil veriblər.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Bizibyol.info

Paylaş »
››› “Ermənilər Bakıda” videosunu çəkənlərin kimliyi bilindi
››› Azərbaycanda kişilər ailə qurmağa tələsmirlər - 29 ilin rekord göstəricisi
››› Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
››› DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »