Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Müasir insanların psixi pozğunluqlarının beş növü haqqında məlumat
Pisixi pozgunluq

Dünyadakı, demək olar ki, hər beşinci insanda ruhi pozğunluq olduğunu bilirdiniz? Şübhəsiz ki, yox. Çünki xəstələrin özləri belə onlardakı bu pozuntuların fərqində deyil.

Bizimyol.info yerli mətbuata istinadən xəbər verir ki, bu yazıda müasir insanlarda tez-tez müşahidə olunan beş psixi pozğunluq haqqında məlumat verilir. Yoxlayın, bəlkə də, onların arasında dostlarınızı və ya özünüzü görəcəksiniz.

Patoloji yalan

İnsan şüurlu şəkildə yalan informasiya verməyə, faktları dəyişdirməyə və uydurma hekayələr danışmağa meyillidir. Adətən, bu simptom insanın başqalarının diqqətini cəlb etmək istəyindən yaranır. Maraqlıdır ki, belə pozğunluğu olan xəstələr bəzən dediklərinə, həqiqətən, inanır.

Alimlər 2005-ci ildə normal insan beyninin “patoloji yalançı beyni”ndən çox fərqli olduğuna dair dəlil tapıblar. Belə ki, onlarda prefrontal korteksdəki boz maddənin həcmi 14,2% az, ağ maddənin həcmi 22% artıq olur.

Taycin kyofuşo

“Taycin kyofuşo”, sindromu adından təxmin etdiyiniz kimi, ilk dəfə Yaponiyada kəşf edilib. Onun hərfi tərcüməsi belədir: “şəxslərarası münasibətlərdən qorxusu xəstəliyi”. Bu sindromlu insanlar ətrafdakıları təhqir etmək, incitmək ehtiyacı duyur və özünə qarşı inamı itirir.

Bununla yanaşı, həmin xəstələr hətta başqalarının əhval-ruhiyyəsini görünüşü, hər hansı bir fiziki qüsuru ilə pozmaqdan qorxur (məsələn, həddindən artıq tərləmə, üz qızartıları, kəkələmə və s.).

“Taycin kyofuşo” sindromlu xəstələr, ümumiyyətlə ictimai fəaliyyətdən qaçır və digər insanlarla ünsiyyətə məcbur qaldığı halda ürək döyüntülərinin sürətlənməsi, panik-atak, nəfəs darlığı və titrəmə kimi hallar hiss edir.

“Otello” kompleksi

“Otello” kompleksi özünü əsassız qısqanclıq, çılğınlıqla göstərən seksual kompleksdir. Adətən, alkoqolun təsiri altında özünü göstərir.

“Otello” kompleksi olan kişi sevgilisini itirməkdən qorxur. Amma onu daha çox narahat edən sevgilisinin onu aldatması və ailəsinin, dostlarının yanında gülünc vəziyyətə salmasıdır. Belə insanı tərəfdaşının ona sadiq olduğuna inandırmaq, demək olar ki, mümkün deyil. Axı qısqanclığın səbəbi yalnız özünün uydurma şübhələrindən qaynaqlanır.

Partlayan baş sindromu

Adından da göründüyü kimi, bu pozğunluqdan əziyyət çəkən xəstələr qəfildən başında səs-küy yarandığını, həmin səsin “partlayana” qədər yüksəldiyini söyləyir:

“Bütün bunlar onların gözü önündə fləş işıqların yanması ilə müşayiət olunur. Yaxınlıqda bomba partlaması kimi bir hiss yaşadır”.

Çox vaxt “Partlayan baş” sindromunun tutmaları yatmazdan əvvəl başlayır. Üstəlik, bəzi insanlar bunu həyatında bir dəfə, digərləri isə gecə boyu bir neçə dəfə yaşayır. Təəssüf ki, alimlər bu pozğunluğu hələ hərtərəfli öyrənə bilməyiblər. Buna görə də onun hazırda müalicəsi mövcud deyil.

Özünə zərər vermə

Özünə zərər vermə və ya “selfharm” intihar səviyyəsinə çatmadan özünə qəsdən zərər verməkdir. “Selfharm” müxtəlif ruhi xəstəliklərin əlaməti ola və ya müstəqil bir sindrom kimi özünü göstərə bilər.

Çox vaxt bu pozğunluqdan əziyyət çəkən insanlar dərilərində kəsiklər açır, özünü yandırır, döyür və ya zəhərli maddələr qəbul edir. Belə xəstələr intihar etmək niyyətində olmasa da, onların 40-60 faizinin sonu ölüm olur.

Bizimyol.info

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »