Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bilik Günü paytaxt marşrutlarında avtobusların sayı artırılacaq - BNA
15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görüb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verib.

Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »