Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı qapıları turistlərin üzünə açır: Azərbaycanlılara hələ yaşıl işıq yandırılmayıb

Səudiyyə Ərəbistanı krallığı bu gündən yeni viza rejimi tətbiq edir. Bu o deməkdir ki, turistlər ölkəyə rahat səyahət edə biləcəklər.

Bizimyol.info xəbər verir ki, yeni viza rejimi 49 ölkə vətəndaşının işini asanlaşdıracaq. Təəssüf ki, həmin ölkələrin arasında Azərbaycan yoxdur. Yəni azərbaycanlılar Səudiyyə Ərəbistanına əvvəlki kimi ya işçi vizasıyla, ya da yalnız İslamda müqəddəs sayılan yerlərə ayaq basmaq şərtilə gedə biləcək.

Bu 49 ölkənin vətəndaşlarından qadınlar tək şəkildə də səyahət edə biləcək. Amma səudiyyəli qadınlar kimi örtünmək şərtilə. Bu haqda Səudiyyə Ərəbistanının turizm məsələləri üzrə milli komissiyasının rəhbəri Əhməd Əl-Hatib danışıb. Onun dediyinə görə, əcnəbi qadınlar hətta çimərliklərdə də qaydalara əməl etməlidir. Vizaya görə isə 80 dollar rüsum nəzərdə tutulub.

Bir məsələ var ki, turistlərin Məkkə və Mədinəyə gedişi məhdudlaşdırılacaq.

Son xəbərlər
Bütün xəbərlər »