Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azarkeşlər futbolçuları soyunmağa məcbur etdilər – VİDEO
Ukraynanın “Karpat” klubunun azarkeşləri komandalarının böyük hesablı məğlubiyyətindən sonra futbolçuları soyunmağa məcbur ediblər.

Oxu.Az-ın xəbərinə görə, hadisənin videosu Facebook-da FootballHub səhifəsində yerləşdirilib.

“Karpat” klubu sentyabrın 10-da Ukrayna çempionatı çərçivəsində doğma meydanda “Veresa” komandasına 1:6 hesabı ilə uduzub. Bu Lvov təmsilçilərinin ölkə çempionatın tarixi ərzində doğma meydanda ən böyük hesablı məğlubiyyətidir.

“Bu bizim rənglərimizdir, çıxardın”, - azarkeşlərdən biri futbolçulara deyib. Bundan sonra oyunçular formalarını çıxardıblar.

Son xəbərlər
Bütün xəbərlər »