Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilərin nəsil artırmaq qabiliyyəti sürətlə azalır

Dünya əhalisi dayanmadan artsa da, planetin gələcəyi bir qədər qaranlıq görünür. Çünki kişilərin nəsil artırmaq qabiliyyəti sürətlə azalır.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Focus” jurnalı həyəcan təbili rolunu oynayacaq material hazırlayıb. Yazıda sperma böhranından söz açılıb. Son 40 ildə kişilərdə spermatozoidlərin sayı təxminən iki dəfədən çox azalıb. Otuz ildən sonra Qərbdə kişilərin əksəri nəsil artırmaq qabiliyyətindən məhrum olacaq.

İsrail elm adamları Qüds universitetində bununla bağlı tədqiqat həyata keçirib. Tədqiqatda 43 mindən çox kişi iştirak edib. İndi hər bir kişinin eyakulyatında orta hesabla 138 milyon spermatozoid var. Halbuki 1973-cü ildə rəqəm bundan xeyli çox idi (338 milyon). Deməli, 60 faizə qədər azalma var.

Əslində, kişilər faciə həddinə gəlib çatmayıblar. Mütəxəssislər 39 milyon spermatozoidi normativ göstərici sayırlar.

Araşdırma müəllifləri hesab edir ki, sənaye bölgələrində yaşayanların spermatozoidləri daha sürətlə azalır. Bu mənada Qərb kişiləri daha çox təhlükə yaşaya bilər. Spermatozoidlərin sayının azalması həm də xaya xərçənginin yaranmasına münbit şərait yetişdirir.

“Focus” hesab edir ki, azalmada kişilərin həyat tərzinin, ətraf mühitin təsirinin böyük rolu var. Artıq çəki, spirtli içkilərdən çox istifadə spermatozoidlərin düşmənidir.

Son xəbərlər
Bütün xəbərlər »