Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda ölüm küçəsi - FOTO - VİDEO
Sumqayıt şəhərinin bir sıra küçələrində yol hərəkəti təhlükəsizliyi sakinlərin narahatlığına səbəb olub. Onlar bununla bağlı olaraq avtosfer.az saytına şikayət məktubu göndəriblər:

“Bakının çox yerində yeraltı, yerüstü keçidlər var, hətta bəzi ucqar rayonlarda belə bu cür keçidlər var, ya da tikilir. Amma təəssüf ki, əhalisinə görə ölkənin ikinci böyük şəhəri olan Sumqayıt bu imkanlardan yararlana bilmir. Sumqayıtda müəyyən abadlıq işləri aparılıb, amma şəhər əhalisini narahat edən kifayət qədər problemlər var ki, bunlardan biri də yollarda təhlükəsizliklə bağlıdır. Bu cür təhlükəli küçələrdən biri şəhərin 13-cü mikrorayon ilə 10-cu mikrorayon arasından keçən, bir tərəfdən Ü.Hacıbəyov ilə, digər başdan isə Niyazi küçəsi ilə kəsişən Babək küçəsidir. Buranı Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab etmək olar. Bildiyiniz kimi, Sumqayıtda bir sıra yerlərdə işıqforlar yenilənib, piyadaların həyatı üçün təhlükə yaradan avtomobil yollarına işıqforlar quraşdırılıb, ancaq bu adıçəkilən küçəyə aid deyil. Bir neçə il əvvəl bu küçə sakit küçə sayıla bilərdi, amma əhalinin sayı artığından, nəqliyyat vasitələrinin sayı da də analoji olaraq çoxaldığından bu yol sumqayıtlıların qorxulu kabusuna çevrilib.

Keçən il bu yolun "Qayalı" marketin yaxınlığındakı hissəsində vermiş qəza nəticəsində yoldan keçən 2 piyadanı maşın vuraraq ölümcül yaralamışdı. "Hiper" marketin yaxınlığında isə avtobusun vuraraq üzərindən keçən qız möcüzə nəticəsində sağ qalmışdı. 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu hadisələrin videoları da internetə yerləşdirilib.

Bu kimi hadisələr əslində bu küçədə daha çox olub, olur, bəziləri qeydə alınmayıb və mətbuatda getməyib.

Çox da böyük olmayan bu küçə (uzunluğu təxminən 900 m) qəza baxımdan çox təhlükəli küçədir və Hindistanın yollarına oxşayır. Ələlxüsus axşamlar, pik vaxtlarda burada maşınların intensiv hərəkəti, alıcların isə böyük ticarət mərkəzində alış-veriş etdiyi vaxt piyadalar üçün bu yol stress yaradır. Küçədə mövcud olan piyada keçidləri isə təhlükəsizliyi təmin etməyə kifayət etmir. Şəhərin büdcəsinə dövlət tərəfindən hər il milyonlarla pul ayrılmasına baxmayaraq piyada keçidlərinin rəngi gedib, heç görsənmir, amma 5-10 manat ayırıb zebraları ağartmırlar. Şəhərdəki bütün zebraların vaxtı-vaxtında rənglənməsi üçün mütləq dövlət başçısı gəlməməlidir ki?! Çox vaxt zebralar hansısa böyük tədbir keçiriləndə və tədbirin keçirildiyi yerlərdə ağardılır. Halbuki onların normal ağardılması nə qədər insanın həyatını xilas edə bilər.

"Hiper", həm də "Qayalı" marketin qarşısında yolu təhlükəsiz keçmək üçün piyada keçidi - zebra var. Lakin sürücülərin çoxu qaydaları pozaraq piyadalara yol vermir. Əlbəttə, piyadaların ehtiyatsızlığı da qəzalara az şərait yaratmır, amma problemi insanların öhdəsinə buraxmaqdansa daha düzgün olardı. Ya küçənin Ü.Hacıbəyov küçəsi ilə kəsişən hissəsində işıqfor quraşdırardılar, ya da daha yaxşı olardı yeraltı, yerüstü keçid.

Əgər bunlar çətin məsələdirsə, piyada keçidlərinin yanına Dövlət Yol Polisi kameralar quraşdıra bilər və heç olmasa cərimələrdən çəkinən maşın sahibləri piyadalara yol verər.

Ümumiyyətlə Sumqayıt infrastruktur baxımından çox kasıbdır. Bu şəhərdə bir dənə yeraltı keçid var. O keçid isə Sumqayıtın dəmir yolu stansiyasında, şəhərin kənarında inşa edilib. Bu keçid sərnişinlərin bir estakadadan başqasına təhlükəsiz şəkildə keçməsi üçündür. Amma şəhərin mərkəzi yerlərində Sülh və ya Nərimanov küçəsində və ya Heydər Əliyev prospektində əhalinin gur olduğu, avtomobillərin isə intensiv hərəkət etdiyi yerlərdə yeraltı keçid quraşdırmağın vaxtı çoxdan çatıb.

Keçmiş icra başçısının vaxtında şəhərin Sülh küçəsində və Kimyaçılar meydanından Heydər Əliyev parkına olan istiqamətdə 2 yeraltı keçidin inşa olunması nəzərdə tutulurdu, amma icra başçısı da dəyişdi keçid-zad olmadı.

Bir ara deyirdilər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ikitərəfli yolda Koroğlu prospektində yerüstü keçid quraşdıracaqlar.

Küçənin hər iki tərəfində düz yolun kənarında iri ticarət mərkəzlərinin - “Qayalı", "Hiper", yanacaqdoldurma stansiyalarının, “Green House” ,”Xəlifə”, Şadlıq Sarayı ”Şərq” Ticarət Mərkəzi, “Brand House” geyim mərkəzinin, çoxsaylı, dükanların, kafelərin, çayxanalrın ,dövlət idarələrinin yaşayış binalarının, dayanacaqların, marşrutların çoxluğu, da təbii ki, ərazini gedişli-gəlişli edir və piyada keçidləri, yolun digər o qədər intensiv olmayan başında (Nizami küçəsi ilə kəsişən hissəsində) yerdə işıqfor quraşdırılıb. Belə çıxır yolu təhlükəsiz keçmək üçün əgər bir başından mütləq 1 km yol getmək lazımdır, ya da avtobusa minib düşmək lazımdır.

Yolun 10-cu mkr ərazisində isə piyadalar üçün ümumiyyətlə yol yoxdur, obyektlər zəbt edib piyadaların gedə biləcəyi yeri. Bu səbəbdən piyadalar bu hissədən maşın yolu ilə maşınlarla bir getməli olurlar.

Nəzərə alın ki, artıq yeni dərs il yaxınlaşır və günü-gündən təhlükəli olan bu yol buranı keçmək məcburiyyətində olan kiçikyaşlı məktəblilər üçün də təhlükə mənbəyinə çevriləcək.

Məmurlar isə həmişəki kimi özlərinə xeyir gətirməyən bu kimi sakinləri narahat edən məsələlərə laqeydliklərini davam etməkdə davam edirlər.

Onu da qeyd edək ki, bu məsələ əslində dəfələrlə ölkə mətbuatında işıqlandırılıb, amma nə Sumqayıt icra hakimiyyəti, nə də aidiyyatı orqanlar indiyəcən ciddi bir tədbir görüblər və belə görünür ki, heç bu yazıdan sonra da görən deyillər. Əlac qalacaq onda daha yüksək instansiyalara müraciət etmək. Çünki bir çox yerli məmurların insanların təhlükəsizliyi görünür qətiyyən maraqlandırmır.

Ən azından sadaladığımız obyekt sahibləri bu barədə özləri tədbir görməyə çalışmalıdır. Əlbəttə Sumqayıtda bundan da vacib problemlər var amma razılaşın ki, əgər söhbət insan həyatından gedirsə bu əhəmiyyətsiz məsələ sayıla bilməz. Xatırlayırsınızsa bu yaxınlarda- iyulun 31-də Sumqayıtda 5 yaş yaşlı uşağı küçə iti parçalamışdı, yazıq uşaq bir neçə gündən sonra ölmüşdü və bundan sonra şəhər rəsmiləri sahibsiz itlərə qarşı tədbir görmüşdülər. Amma bundan əvvəl yüzlərlə şikayət olurdu küçə itlərindən sakinlər tərəfindən. İndi belə çıxır bu yolda da allah eləməsin 10-larla adam ölməlidir ki, aidiyyəti qurumlar hərəkətə keçsin?!

Bir qrup Sumqayıt sakini”

[gallery columns="1" size="full" ids="19989,19990,19991">

Son xəbərlər
Bütün xəbərlər »