Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Şura mitinq keçirməkdən imtina etdi

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirməyəcəklər:

“Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib. Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik".

BŞİH-in qərarında qeyd olunub ki, mitinq təşkilatçılarının təklif etdiyi “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil: “Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.

Son xəbərlər
Bütün xəbərlər »