Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb - FOTOLAR
Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

"Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər" - məlumatda bildirilir.

[gallery columns="1" size="full" ids="19963,19964,19965,19966">

Son xəbərlər
Bütün xəbərlər »