Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
70 uşaqlı keşiş pedofilliklə ittiham edilir - Foto

Rusiyanın ən çoxuşaqlı ailəsinə sahib olan keşiş Nikolay Stremskiyə qarşı yenidən ittihamlar səsləndirilib.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 uşağı övladlığa götürmüş keşiş uşaqlara qarşı təhrikedici cinsi hərəkətlər etməkdə ittiham olunur. Keşiş ittihamlarla razılaşmayaraq uşaqların bunları uydurduğunu söyləyib. Məhkəmə işinə 70 övladlıqdan 8-nin adı daxil edilib. Keşişin öz doğma qızı və həyat yoldaşı da şahid qismində dindirilib.

Keşiş

Hazırda məhkəmə davam etsə də, xaçın nəzarətxanada saxlanmasına qanunun yol vermədiyi əsas gətirilərək keşiş evə buraxılıb. Bu onun haqqında açılan ilk cinayət işi deyil.

Nikolay Stremskiyə daha öncə avtomobili sərxoş idarə etdiyinə və öladlığa götürdüyü qızlardan birinin şəxsiyyətini təhqir etdiyinə görə məhkəmə işi açılmışdı. Bununla belə keşiş işdən kənarlaşdırılmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »