Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalının İtaliyada baməzə macərası – Dil bilməyən müğənni polislərə dərdini oxuyaraq anladıb

Rusiyalı opera müğənnisi Mariya Ostrouxovanın İtaliyaya qastrol zamanı başına gələnlər sosial şəbəkələrdə təbəssümlə qarşılanıb.

Bizimjyol.info xəbər verir ki, izləyiciləri müğənninin öz hesabında paylaşdığı baməzə hadisəni məşhur filmin adına nəzirə edərək “ rusiyalıların İtaliyada sərgüzəştləri” adlandırıblar. Belə ki, müğənni qarət olunub və soyulduğunu ingilis dili bilməyən polislərə italyan operalarından parçalar oxumaqla anlatmağa çalışıb.

Müğənni Romada San-Marko meydanında polisə yaxınlaşıb.İngilis dilində bilməyən polislərə dərdini necə anladacğınıp bilməyən rus qadın əzbərlədiyi italyan dilli operalardan yaxın mənalı cümlələrdən istifadə etməli olub. “ Mən həmişə operaya hazırlaşanda hərfi tərcüməyə diqqət edirdim. Dərdimi ingiliscə başa sala bilməyəndə bildiyim operalardan uyğun gələn cümlələrlə oxuyaraq başa salmağa çalışdım. Polislərin güləkdən gözləri qızarmışdı. Bununla belə məönə yardım etdilər. İki operadan qarışıq "Son disprezzata e sconsolata! Io manco, io moro..." ("Məni hər kəs tərk edib, ovuna bilmirəm! Huşumu itirəcəyəm, ölürəm") cümlələrini deyəndə hiss elədim ki, polislər bu dəqiqə qaqqanaq çəkəcəklər, Hesab elədim ki, "Evridika" və "pasport" sözlərinin yerini dəyişə bilərəm və belə cümlələr alındı: Che faro senza mio passaporte? Dove andro senza mio passaporte? (Mən pasportsuz (Evridikasız) nə edəcəyəm? Pasportsuz (Evridikasız) haraya gedəcəm?)", - Mariya yazır.

Ona yerli cibgirlərin şəkillərini göstərəndə müğənni körpüdə onunla toqquşan hicablı qadını tanıyıb.

Mariyanın: "Ecco la donna maledetta! Vorrei smembrarla!" (Bu o lənətə gəlmiş qadındır! Onu parçalamaq istəyirəm!) – deyə söyləyib. Polislər Mariyaya kömək etdikdən sonra onu təbəssümlə yola salıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »