Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı aktyor Rusiyada vəfat edib

Azərbaycanlı aktyor Rusiyada vəfat edib.

"Report"un xəbərinə görə, Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

R.Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib.

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

R.Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

Qeyd edək ki, R.Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »